Liviya paytaxtında beynəlxalq uçuşları həyata keçirən hava limanı işini dayandırıb
Tarix: 24-08-2019, 20:45
Baxılıb: 1 136
Google+ Paylaş
Tumblr Paylaş

Liviya paytaxtında beynəlxalq uçuşları həyata keçirən hava limanı işini dayandırıb

24-08-2019, 20:45

Liviya paytaxtının Mitiqa hava limanı işini dayandırıb.
Avromedia.az RT.Arabic-ə istinadla xəbər verir ki, raket və mərmi zərbələrindən sonra Tripoli ətrafında yerləşən Mitiqa hava limanı işini dayandırdığını elan edib.
Məlumata görə raket və mərmilər Mitiqa hava limanında gözləmə zalı yaxınlığına düşüb və maddi ziyanlarla nəticələnib.
Mitiqa hava limanının hədəfə alınmasını heç bir tərəf öhdəsinə götürməyib.
Lakin bu hücumun general Xəlifə Haftarın başçılıq etdiyi "Liviya Milli Ordusu" tərəfindən həyata keçirildiyi ehtimal edilir.
Qeyd edək ki, Tripoli və ətraf rayonlar beynəlxalq ictimayyətin tanıdığı "Milli Barışıq Hökuməti"nin nəzarətindədir. Xəlifə Haftarın başçılıq etdiyi "Liviya Milli Ordusu" aprel ayının 4-dən, paytaxtı silahlı birləşmələrdən azad etmək adı ilə Tripoli istiqamətdə hərbi əməliyyata başlayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ