İran xarici işlər naziri Fransa prezidenti ilə görüşüb
Tarix: 23-08-2019, 21:10
Baxılıb: 1 733

İran xarici işlər naziri Fransa prezidenti ilə görüşüb

23-08-2019, 21:10

 İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Fransa prezidenti Emanuel Makronla görüşüb.
Avromedia.az TasnimNews-a istinadla xəbər verir ki, İranın XİN rəhbəri Parisə səfəri çərçivəsində Fransa prezidenti ilə görüşərək, qarşılıqlı əlaqələr və nüvə sazişi ətrafında baş verən prosesləri müzakirə ediblər.
Məlumata görə Cavad Zəriflə Emanuel Makronun danışıqları əsasən nüvə sazişinin şərtləri və Avropanın öhdəsinə düşən addımların yerinə yetirilməsinə köklənib.
Qeyd edək ki, E. Makron ABŞ-la İran arasında gərginliyin azaldılması, İrana qarşı sanksiyaların bir qisminin aradan qaldırılması ilə nüvə sazişi şərtlərinin yerinə yetirilməsini təmin etmək üçün vasitəçiliyə başladığını bildirmişdi.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ