Putin Kadırovu Avropada ən böyük məscidin açılması münasibətilə təbrik edib
Tarix: 23-08-2019, 20:45
Baxılıb: 1 166
Google+ Paylaş
Tumblr Paylaş

Putin Kadırovu Avropada ən böyük məscidin açılması münasibətilə təbrik edib

23-08-2019, 20:45

 Rusiya Prezidenti Vladimir Putin Çeçenistanın başçısı Ramzan Kadırova zəng vuraraq  atası Axmat Hacı Kadırovun anadan olmasının ildönümü və  Şalidə "Müsəlmanların qüruru" məscidinin açılışı münasibətilə təbrik edib.
Avromedia.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Avropanın ən böyük məscidi, Məhəmməd Peyğəmbərin (s) adını daşıyan məscid, cümə günü Şalidə rəsmi olaraq açılıb. Açılış mərasimində müsəlman ölkələrindən gələn qonaqlar, Prezidentin Şimali Qafqaz Federal Dairəsi üzrə nümayəndəsi Aleksander Matovnikov, Şimali Qafqaz üzrə nazir Sergey Çebotaryev iştirak ediblər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ