Çin ABŞ-dan idxal edilən mallara əlavə rüsum tətbiq ediləcəyini elan edib
Tarix: 23-08-2019, 20:30
Baxılıb: 1 135

Çin ABŞ-dan idxal edilən mallara əlavə rüsum tətbiq ediləcəyini elan edib

23-08-2019, 20:30

Çin ildə 75 milyard dollar həcmində Amerikadan idxal edilən mallara 10 faiz və 5 faiz əlavə rüsum tətbiq etmək qərarına gəlib.
Avromedia.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə ÇXR Dövlət Şurası yanında fəaliyyət göstərən Tariflər və Rüsumlar Komitəsi məlumat verib.
"Tariflər və Rüsumlar Komitəsi, ABŞ-dan ümumi həcmi 75 milyard dollar olan 5078 əmtəə məhsulunun idxal rüsumlarını 10 faiz və 5 faiz artırmaq qərarına gəlib", - agentliyin açıqlamasında bildirilir.
Yeni rüsumlar  1 sentyabr və 15 dekabr tarixlərində Pekin vaxtı ilə gecə yarısında qüvvəyə minəcək.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ