Avstraliya ABŞ-ın Hörmüzlə bağlı hərbi ittifaqına qatılacağını bildirib
Tarix: 21-08-2019, 20:50
Baxılıb: 1 742

Avstraliya ABŞ-ın Hörmüzlə bağlı hərbi ittifaqına qatılacağını bildirib

21-08-2019, 20:50

Avstraliya ABŞ-ın Hörmüz boğazında "təhlükəsizlik" məqsədilə yaratmaq istədiyi hərbi ittifaqına qatılacağını bildirib.
Avromedia.az France24.com-a istinadla xəbər verir ki, bu barədə məlumatı Avstraliyanın baş naziri Skott Morrison verib.
Avstraliya baş naziri bildirib ki, ölkəsi ABŞ-ın Hörmüzdə "dəniz nəqliyyatının təhlükəsizliyini təmin edən" ittifaqına qatılacaq. O bildirib ki, ölkəsi bura bir hərbi gəmini və kəşfiyyat PUA-ları göndərəcək.
Qeyd edək ki, ABŞ hökuməti Hörmüzdə dəniz nəqliyyatının təhlükəsizliyinə nəzarət edəcək, hərbi ittifaqın yaradılması təklifini iyun ayında, Fars Körfəzində və Oman dənizində xarici neft və ticarət gəmilərinin hədəfə alınmasından sonra verib. ABŞ-ın sözügedən ittifaqı beynəlxalq müstəvidə hələ ki müsbət hal kimi qarşılanmayıb və ona üzv olmaq istəyən ölkələrin sayı rəsmi Vaşinqtonun gözlədiyindən çox azdır. 
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ