Yəmənin müvəqqəti hökuməti ilə separatçılar Səudiyyədə danışıqlara başlayıblar
Tarix: 21-08-2019, 20:30
Baxılıb: 1 742

Yəmənin müvəqqəti hökuməti ilə separatçılar Səudiyyədə danışıqlara başlayıblar

21-08-2019, 20:30

Yəmənin cənubunda separatçılar müvəqqəti hökumətin obyektlərini nəzarətə götürdükdən sonra Səudiyyə Ərəbistanı tərəfləri bir araya gəlməyə çağırıb.
Avromedia.az  əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, Yəmənin müvəqqəti paytaxtı Ədən şəhərində hökumət binalarının və hərbi qərargahların çoxunu nəzarətə götürən separatçı "Cənubun Keçid Şurası" müvəqqəti hökumətin başçısı Abdu-Rabbih Mansur Hadi ilə görüş keçirmək üçün Səudiyyə Ərəbistanına yollanıb.
Bu gündən separatçılarla müvəqqəti hökumətin nümayəndələri Yəmənin cənubundakı vəziyyəti müzakirə etmək üçün Səudiyyə Ərəbistanın Ciddə şəhərində bir araya gələcəklər.
Qeyd edək ki, artıq 2 həftədir Yəmənin cənubunda BƏƏ-nin dəstəklədiyi separatçılar müvəqqəti paytaxt Ədən şəhərində əsas söz sahibidirlər.
Səudiyyə Ərəbistanı koalisiyası 4 il öncə Yəməndə Abdu-Rabbih Mansur Hadinin legitimliyini dəstəkləmək adı ilə husilərə qarşı hərbi əməliyyata başladığını bildirsə də hələ də adıçəkilən prezident Yəmənə dönə bilməyib. Bəzi ekspertlər bildirir ki, Mansur Hadinin Səudiyyədə saxlanılması və onun Ədənə gəlməsinin qarşısının alınması BƏƏ-nin dəstəklədiyi separatçılar tərəfindən gələ biləcək təhlükəyə görədir.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ