ETSN: Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb
Tarix: 21-08-2019, 20:10
Baxılıb: 1 136

ETSN: Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb

21-08-2019, 20:10

Hirkan Milli Parkının yüksək dağlıq ərazisində baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-in aviasiya dəstəsinin iki helikopteri və bir təyyarəsi də cəlb olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətindən Avromedia.az-a bildirilib ki, yanğının ətrafa yayılmasının qarşısı alınıb. Lakin mürəkkəb relyefli dağlıq ərazinin bəzi yüksək hissələrində tüstülənmə müşahidə olunur.
Yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları, yerli sakinlər əl əməyindən, mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstərirlər. Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır.
ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkür edir.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ