Gələn 39 ay ərzində Sudanı idarə etmək məqsədilə hakimiyyət şurası yaradılıb
Tarix: 21-08-2019, 19:30
Baxılıb: 1 741

Gələn 39 ay ərzində Sudanı idarə etmək məqsədilə hakimiyyət şurası yaradılıb

21-08-2019, 19:30

 Sudanda gələn 39 ay keçid dövrü ərzində ölkəni idarə etmək üçün 11 hərbçi və siyasətçidən ibarət hakimiyyət şurası yaradılıb.
Avromedia.az BBC. Arabic-ə istinadla xəbər verir ki, hərbçilərlə müxalifətin anlaşmasından sonra keçid dövründə ölkəni idarə etmək üçün hakimiyyət şurası təşkil edilib.
Şura üzvlərinin 5-i hərbçilər, qalanı isə siyasətçilərdir.
Məlumata görə hakimiyyət şurasına general Əbdül-Fəttah əl-Burhan rəhbərlik edəcək.
Bu gün hakimiyyət şurasına üzv olan 11 hərbçi və siyasətçinin, o cümlədən keçid dövründə baş nazir olacaq siyasətçi Abdullah Hamdukun and içmə mərasiminin olacağı gözlənilir.
Xatırladaq ki, 30 illik hakimiyyətdən sonra cari ilin aprelində devrilən sabiq prezident Ömər əl-Bəşir ilk dəfə olaraq ötən gün məhkəmə qarşısına çıxarılıb və korrupsiya ilə bağlı ittihamlara açıqlama verib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ