BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib
Tarix: 17-08-2019, 18:40
Baxılıb: 1 641

BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib

17-08-2019, 18:40

Bəhreyn və Birləşmiş Ərəb Əmirliyinin xarici işlə nazirləri Türkiyənin Qətərdə yeni hərbi qərargah salması haqda xəbərlərə münasibət bildiriblər.
Avromedia.az xəbər verir ki, Bəhreynin XİN rəhbəri Xalid bin Əhməd rəsmi twitter səhifəsində Türkiyənin Qətərdə yeni hərbi qərargah salması ilə bağlı xəbərlərə münasibət bildirib.
Bəhreyn XİN rəhbəri bildirib ki, "Qətər bu addımı ilə bizdən olmadığını ortaya qoyub."
Eyni zamanda Birləşmiş Ərəb Əmirliyinin xarici işlər nazirliyinin rəhbəri Ənvər Qarqaş da məsələyə münasibət bildirib.
Onun sözlərinə görə Qətər bu addımı ilə 100 il öncəki kimi Osmanlı imperiyasının işğalçılığına yenidən şərait yaradır.
Qeyd edək ki, iki il öncə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə siyasi və iqtisadi əlaqələri dayandırıb və bu ölkəyə bir sıra sanksiyalar tətbiq ediblər. Bunun ardından Türkiyə Qətərdə minlərlə hərbçidən ibarət bir hərbi qərargah yaradıb. Son günlərdə Türkiyə mətbuatı daha bir qəraragahın Qətərdə salınacağı xəbərini veriblər.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ