Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər
Tarix: 17-08-2019, 17:50
Baxılıb: 1 155
Google+ Paylaş
Tumblr Paylaş

Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər

17-08-2019, 17:50

Husilər Səudiyyə Ərəbistanın Birləşmiş Əmirliyi ilə sərhədində yerləşən bir neft yatağı və bir neft emalı zavodunu pilotsuz təyyarələrlə hədəfə aldıqlarını bildiriblər.
Avromedia.az xəbər verir ki, bu barədə qərargahları paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvələrinin mətbuat xidməti bəyanat verib.
Yəmən SQ-in sözçüsü briqada generalı Yəhya Sərinin sözlərinə görə onlar Səudiyyənin əraziləri daxilində ən böyük əməliyyat həyata keçiriblər.
Əlavə edilib ki, 10 ədəd pilotsuz təyyarə Səudiyyə Ərəbistanın ARAMCO şirkətinin "əş-Şəyba" neft yatağı və neft emalı zavodunu hədəfə alıb.
Husilərin bu mənbəsi bildirib ki, Səudiyyə Ərəbistanın Yəmənə hücumu davam etdikcə onların hücumları da davam edəcək.
Qeyd edək ki, husilər bundan öncə Səudiyyənin ən vacib neft kəməri hesab edilən şərq-qərb boru kəmərini də vurmuşdular.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ