ABŞ-ın gömrük sistemində nasazlıq yarandı: Aeroportlar iflic oldu
Tarix: 17-08-2019, 08:39
Baxılıb: 1 175

ABŞ-ın gömrük sistemində nasazlıq yarandı: Aeroportlar iflic oldu

17-08-2019, 08:39

ABŞ-ın Gömrük və Sərhəd Nəzarəti Xidməti (CBP) bir sıra Amerika hava limanlarında nəzarət sistemində nasazlıqların yaranması barədə məlumat yayıb. 
"Sərhəd Nəzarəti Xidməti bir sıra aeroportlarda emal sistemində müvəqqəti nasazlıqla üzləşib və texniki nöqsanların aradan qaldırılması üçün təcili tədbirlər görür",- deyə CBP-in Twitter”səhifəsində bildirilir.
Qeyd edilir ki, indi aeroportların əməkdaşları sərnişinlərin məlumatları üzərində əl rejimində işləyirlər. 
Digər aeroportlarla yanaşı, Nyu-Yorkun Con Kennedi adına Beynəlxalq Hava Limanı, Los-Anceles Beynəlxalq Hava Limanı və Virciniya ştatında Dalles adına Beynəlxalq Hava Limanı da qeyd edilən nasazlıqla mübarizə aparır.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ