Suriya Ordusu İdlibin cənub qapısında daha iki kəndi azad edib
Tarix: 16-08-2019, 13:30
Baxılıb: 1 635

Suriya Ordusu İdlibin cənub qapısında daha iki kəndi azad edib

16-08-2019, 13:30

Suriya Ordusu İdlib əyalətinin cənubu və Həma əyalətinin şimalında daha iki kəndi azad edib.
Avromedia.az SANA-a istinadla xəbər verir ki, Suriya Ordusu İdlib əyalətinin cənubunda Madaya və Təll-Ələrcəhi kəndlərini ən-Nusra Cəbhəsi və onunla müttəfiq olan qruplaşmalardan geri alıb.
Qeyd edək ki, bu iki kəndin azad edilməsi ilə radikal qruplaşmaların İdlib əyalətinin cənubundakı əsas sığınacağı Xan-Şeyxun şəhəri nəzarətə götürülmə təhlükəsilə üzləşib. Bu şəhərin ələ keçməsi ilə 20-ə yaxın kənd və qəsəbənin o cümlədən Murik və Taminə kimi qəsəbələrin də ordunun mühasirəsinə düşməsi gözlənilir.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ