Ruhani İsrailin Hörmüzdə təhlükəsizliklə bağlı ittifaqa qatılmasına münasibət bildirib
Tarix: 14-08-2019, 21:10
Baxılıb: 1 134

Ruhani İsrailin Hörmüzdə təhlükəsizliklə bağlı ittifaqa qatılmasına münasibət bildirib

14-08-2019, 21:10

"İsrailin Hörmüzdə yaradılması nəzərdə tutulan ittifaqa qoşulmasına verilcək cavab çox sadədir. İsrail əgər bacarısa elə olduğu yerdə təhlükəsizliyini təmin etsin. Baxmayaraq ki onlar hara gediblərsə orada təhlükə, qırğın, terror və sair cinayətlər baş qaldırıb. Elə bölgədəki terrorun və müharibənin əsas səbəbi də sionistrejimidir."
Avromedia.az FarsNews-a istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.
Bu gün Tehranda nazirlər kabinetinin iclasında çıxışı zamanı İran prezidenti ABŞ-ın Hörmüzdə dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı yaratmaq istədiyi ittifaqa və İsrailin bu ittifaqa qatılmasına münasibət bildirib.
ABŞ-ın Hörmüzdə yaratmaq istədiyi ittifaqın şüardan və zahiri görüntüdən ibarət olduğunu bildirən Həsən Ruhani vurğulayıb ki, belə bir addım atılarsa bölgənin təhlükəsizliyinə heç bir kömək edə bilməyəcək.
Həsən Ruhani İsrailin belə bir ittifaqa qatılmasına da maraqlı münasibət bildirib və əlavə edib ki, İsrail əgər bacarırsa olduğu yerdə təhlükəsizliyini təmin etsin.
H. Ruhani vurğulayıb ki, Fars Körfəzinin təhlükəsizliyini İran və digər sahil ölkələri təmin edə bilər.
Bildirək ki, ABŞ Hörmüzdə dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün hərbi ittifaq yaratamaq niyyətində olduğunu bildirib və bu barədə Bəhreyndə toplantı keçirib. Ağ Ev mənbələri bildirib ki, ABŞ hökuməti bu istiqamətdə 60 dövlətə dəvət göndərib, amma əksəriyyət o cümlədən Almaniya, Yaponiya, İspaniya və sair buna müsbət cavab verməyiblər.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ