India Today: Hindistanda daşqınlar nəticəsində 225 nəfər ölüb
Tarix: 14-08-2019, 20:49
Baxılıb: 1 145
Google+ Paylaş
Tumblr Paylaş

India Today: Hindistanda daşqınlar nəticəsində 225 nəfər ölüb

14-08-2019, 20:49

Hindistanda güclü musson yağışlarının səbəb olduğu  sel nəticəsində azı 225 nəfər həyatını itirib. "India Today" jurnalının saytında verilən məlumata görə, əsasən ölkənin cənub və qərb sahillərinə ziyan dəyib.
Avromedia.az RİA Novosti-yə istinadla xəbər verir ki, daha əvvəl Hindistanın bu ərazilərində daşqınlar nəticəsində 200 nəfərin öldüyü bildirilirdi.
Məlumata əsasən, avqustun 8-dən etibarən Kerala və Karnataka ştatlarının cənub əyalətlərində azı 88 və 54 nəfər, qərbdəki Maharaştra və Gujarat ştatlarında 49 və 31 nəfər ölüb.
Qonşu bölgələrdə daha üç nəfər ölüb. Sinoptiklər yaxın günlərdə güclü yağışın davam edəcəyini bildirir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ