Peskov Azərbaycan, RF və İran liderlərinin görüşünün ertələnməsinin səbəbini açıqladı
Tarix: 13-08-2019, 15:17
Baxılıb: 1 634

Peskov Azərbaycan, RF və İran liderlərinin görüşünün ertələnməsinin səbəbini açıqladı

13-08-2019, 15:17

Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşü liderlərin qrafikləri uyğunlaşdırılanda baş tutacaq.
TASS agentliyi xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, avqustun 14-də Soçidə baş tutmalı olan görüş prezidentlərin qrafiklərinin daha detallı əlaqələndirilməsinə ehtiyac səbəbindən təxirə salınıb və bu qrafikləri uyğunlaşdırmaq üçün müvafiq vaxt tapmaq lazımdır:
“Diplomatik kanallar vasitəsilə qrafiklərin sinxronlaşdırımasından sonra görüşün yeni tarixi barədə məlumat verəcəyik”.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ