Həyat yoldaşından rusiyalı milyarderə qarşı 7 milyard dollarlıq iddia
Tarix: 9-08-2019, 22:47
Baxılıb: 996

Həyat yoldaşından rusiyalı milyarderə qarşı 7 milyard dollarlıq iddia

9-08-2019, 22:47

Rusiyalı oliqarx Vladimir Potaninin keçmiş həyat yoldaşı əmlak bölgüsü ilə bağlı London məhkəməsində iddia qaldırıb.
Bu barədə İngiltərə mətbuatı xəbər yayıb.
Bildirilib ki, Natalya Potanina keçmiş həyat yoldaşından 5.8 milyard funt (təxminən 7 milyard dollar – red.) tələb edir.
“Forbes” jurnalı Potanini planetin ən varlı insanlarından biri kimi təqdim edərək onun sərvətinin 18,1 milyard dollar dəyərində olduğunu yazıb.
Natalya və Vladimir 30 illik evlilikdən sonra - 2014-cü ildə boşanıblar. O vaxtdan bəri keçmiş həyat yoldaşlarının vəkilləri dəfələrlə məhkəmədə görüşüblər. Məhkəmənin çıxardığı qətnaməyə əsasən, Natalyaya üç torpaq sahəsi və biri Rublevkada yerləşən iki ev verilib.
Həmçinin, oliqarx keçmiş həyat yoldaşına Moskvanın mərkəzindəki elit mənzilin dəyərinin yarısını ödəyib.
2017-ci ildə Natalya ərinə qarşı daha iki iddia qaldırıb, lakin Moskva məhkəməsi iddianı rədd edib. İndi Potanina, ortaq şəkildə əldə etdiyi varidatın bir hissəsini London məhkəməsi vasitəsilə almağa çalışır.
RBK-nın məlumatına görə, Vladimir Potanin pulunu və mülkünü qorumaq üçün İngiltərənin ən məşhur boşanma vəkili, “Polad Maqnoliya” ləqəbli Baronessa Fiona Şakletonla iş birliyinə başlayıb.
Qeyd edək ki, Baronessa hazırda Dubay hökmdarı Məhəmməddən Avropaya qaçan həyat yoldaşı Şahzadə Həyyanın hüquqlarını müdafiə edir.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ