Pakistan Hindistanla mədəni əlaqələri tam dayandırır
Tarix: 9-08-2019, 19:31
Baxılıb: 680
Google+ Paylaş
Tumblr Paylaş

Pakistan Hindistanla mədəni əlaqələri tam dayandırır

9-08-2019, 19:31

Pakistan Hindistanla olan mədəni əlaqələri tam dayandırmaq qərarı alıb.
"RİA Novosti” xəbər verir ki, qərar iki ölkə arasında münasibətlərin mübahisəli Kəşmir bölgəsinə görə kəskinləşməsi fonunda qəbul edilib.
Pakistan Baş nazirinin informasiya və teleyayım məsələləri üzrə xüsusi müşaviri Firdus Aşik Avan bildirib ki, iki ölkənin bu sahə üzrə daha əvvəl planlaşdırılmış birgə tədbirləri ləğv edilib:
"Biz Hindistandan bütün növ (əyləncə - red.) kontentdən istifadəni dayandırmaq qərarına gəldik. Respublikanın Milli Təhlükəsizlik Şurası bütün cəbhələrdə hind ideologiyası ilə mübarizə üçün xüsusi qurumun təsis edilməsini tapşırıb. Hindistan materiallarının məzmunu yalan təbliğatdan ibarətdir”.
Xatırladaq ki, Hindistan Prezidenti bazar ertəsi Cammu və Kəşmirin xüsusi statusunun ləğv edilməsi haqqında qanun imzalayıb.
Federal hökumətin təşəbbüsünə əsasən, bunun əvəzində iki müttəfiq ərazi yaradılacaq, onların hüquqları daha az olacaq. Bu təşəbbüs parlament tərəfindən qəbul edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ