İran XİN İsrailin Hörmüzdə təhlükəsizlik birliyinə qoşulması istəyinə sərt reaksiya verib
Tarix: 9-08-2019, 21:10
Baxılıb: 1 642
Google+ Paylaş
Tumblr Paylaş

İran XİN İsrailin Hörmüzdə təhlükəsizlik birliyinə qoşulması istəyinə sərt reaksiya verib

9-08-2019, 21:10

 "Hörmüzdə təhlükəsizliyi İran və digər sahil dövlətləri təmin edir. ABŞ-ın yaratmaq istədiyi ittifaqın özü gərginlik yaradacaq. İsrailin bu ittifaqa qoşulması isə İranın suverenliyi və təhlükəsizliyi üçün açıq-aşkar təhdiddir. Sionistlərin Fars Körfəzində hazır olması təhdidinə isə hər zaman cavab verməyə haqqımız var. İran bu məsələdə tərəddüd etməyəcək."
Avromedia.az İRNA-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi deyib.
İran XİN rəsmisi bildirib ki, İsrailin ABŞ-ın Hörmüzdə yaratmaq istədiyi hərbi ittifaqa qoşulması açıq-aşkar təhdiddir. S. A. Musəvi bildirib ki, İran bu addıma cavab verməkdə tərəddüd etməyəcək.
Qeyd edək ki, İsrailin xarici işlər naziri Esrael Kats 3 gün öncə bildirib ki, ölkəsi ABŞ-ın Hörmüzdə təhlükəsizlik üçün yaradacaq hərbi ittifaqda iştirak edəcək.
İranın müdafiə naziri Əmir Hatəmi də ötən gün Qətər, Kuveyt və Oman Sultanlığı müdafiə nazirlərilə telefon bağlantısında olan zaman bu məsələyə münasbitə bildirib. Telefon bağlantısı zamanı iranlı nazir İsrailin ABŞ-ın Hörmüzdə təhlükəsizliklə bağlı yaratmaq istədiyi ittifaqa daxil olmasına münasibət bildirib və belə bir addımı qıcıqlandırıcı və təhrikedici adlandırıb. Ə. Hatəmi bildirib ki, "bu addımın sonluğu faciəli olacaq."
Bildirək ki, ABŞ Hörmüzdə dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün hərbi ittifaq yaratamaq niyyətində olduğunu bildirib və bu barədə Bəhreyndə toplantı keçirib. Ağ Ev mənbələri bildirib ki, ABŞ hökuməti bu istiqamətdə 60 dövlətə dəvət göndərib, amma əksəriyyət o cümlədən Almaniya, Yaponiya, İspaniya və sair buna müsbət cavab verməyiblər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ