Hindistanın baş naziri Kəşmirin muxtariyyətinin ləğvini rəsmən elan edib
Tarix: 9-08-2019, 20:20
Baxılıb: 1 630

Hindistanın baş naziri Kəşmirin muxtariyyətinin ləğvini rəsmən elan edib

9-08-2019, 20:20

Hindistanın baş naziri Narendra Modi Cammu və Kəşmirin muxtariyyətini təmin edən konstitusiya bəndinin ləğv edilməsini rəsmən bəyan edib.
Avromedia.az Əl-Cəzirəyə istinadla xəbər verir ki, Hindistanın baş naziri son çıxışında ölkə konstitusiyasının 370 saylı qanunu ilə bağlı verilən hökumət qərarını dəstəklədiyini bildirib.
O bildirib ki, Kəşmirlə bağlı qanunun dəyişməsi bu bölgəni separatçılıqdan və terrordan xilas edəcək.
Sözügedən məsələ ilə bağlı Pakistanın siyasətini kəskin tənqid edən Hindistan baş naziri deyib:
"Sabiq qanun Kəşmir və Cammuya separatçılıqdan, terrordan və korrupsiyadan başqa heç nə vəd etmirdi."
Qeyd edək ki, Pakistan hökuməti də öz növbəsində statusu ixtilaflı olan Kəşmirin hüquqi vəziyyətinin Hindistan tərəfindən dəyişdirilməsinə görə beynəlxalq təşkilatları rəsmi Dehlinin adımları ilə bağlı ölçü götürməyə çağırıb. Artıq Pakistan cavab olaraq Hindistanla bir sıra əlaqələri dayandırıb.
Qeyd edək ki, Kəşmirin statusunun ləğv edilməsi Hindistan parlamentinə də çıxarılacaq.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ