Almazbek Atambayevin minə yaxın tərəfdarı Bişkekə gedir
Tarix: 8-08-2019, 21:29
Baxılıb: 1 172

Almazbek Atambayevin minə yaxın tərəfdarı Bişkekə gedir

8-08-2019, 21:29

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayevin minə yaxın tərəfdarı Koy-Taş kəndindəki iqamətgahdan paytaxt Bişkek şəhərinə doğru irəliləyir.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Sosial Demokratik Partiyasının siyasi şurasının üzvü Adil Turdukulov özünün "facebook" səhifəsində yazıb.
"Min nəfərə yaxın adam Koy-Taşdan Bişkekə gedir", - A.Turdukulov yazıb.
Xatırladaq ki, Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev polisə təslim olub və Bişkekə gətirilib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ