İran İsrailin Hörmüzdə təhlükəsizlik birliyinə qoşulması iddialarına münasibət bildirib
Tarix: 8-08-2019, 19:20
Baxılıb: 1 131

İran İsrailin Hörmüzdə təhlükəsizlik birliyinə qoşulması iddialarına münasibət bildirib

8-08-2019, 19:20

İran İsrailin ABŞ-ın Hörmüzlə bağlı təşkil etmək istədiyi ittifaqa qoşulmasına münasibət bildirib.
Avromedia.az Tasnim Agentliyinə istinadla xəbər verir ki, İranın müdafiə naziri Əmir Hatəmi Oman Sultanlığının, Qətər və Küveytin müdafiə nazirləri ilə telefon bağlantısında olub və Hörmüzdə təhlükəsizlik məsələlərini bu ölkələrin nazirləri ilə müzakirə edib.
Telefon bağlantısı zamanı iranlı nazir İsrailin ABŞ-ın Hörmüzdə təhlükəsizliklə bağlı yaratmaq istədiyi ittifaqa daxil olmasına münasibət bildirib və belə bir addımı qıcıqlandırıcı və təhrikedici adlandırıb.
Ə. Hatəmi bildirib ki, "bu addımın sonluğu faciəli olacaq."
İranlı nazir həmçinin həmkarlarına bildirib ki, "İran Hörmüzdə təhlükəsiz və azad dəniz nəqliyyatını dəstəkləyir və illərdir özü bu vəziyyəti təmin edir."
O əlavə edib ki, "Hörmüzün təhlükəsizliyini yalnız sahil ölkələri təmin edəcəklər."
Qeyd edək ki, İsrailin xarici işlər naziri Esrael Kats iki gün öncə bildirib ki, ölkəsi ABŞ-ın Hörmüzdə təhlükəsizlik üçün yaradacaq hərbi ittifaqda iştirak edəcək.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ