Suriya ordusu şimalda irəliləyib - Daha iki kənd azad edilib
Tarix: 8-08-2019, 18:10
Baxılıb: 1 151
Google+ Paylaş
Tumblr Paylaş

Suriya ordusu şimalda irəliləyib - Daha iki kənd azad edilib

8-08-2019, 18:10

 Suriya Ordusu Həma əyalətinin şimalı və İdlib əyalətinin cənubunda iki kəndi radikal qruplaşmalardan geri alıb.
Avromedia.az  əl-Məyadinə istinadla xəbər verir ki, Suriya Ordusu Həma əyalətinin şimalında əs-Səxr  və Təll-Səxr kəndlərini "ən-Nusra Cəbhəsi" radikal qruplaşması və onunla müttəfiq olan "Ceyşul-İzzə" birləşməsindən geri alıb.
Məlumata görə ordunun bölgədə növbəti hədəfi ət-Taminə və Kəfər-Zita qəsəbələridir.
Ordunun quru qüvvələri ağır artileriyadan, hava qüvvələri isə səmadan qruplaşmaların nəzarətindəki ət-Taminə və Kəfər-Zita qəsəbələrini hədəfə almaqdadır.
Hərbi ekspertlər bu hədəflərdən sonra Suriya Ordusunun qarşısında Murik və Xan-Şeyxun şəhərlərinin geri alınması hədəfinin durduğunu bildirirlər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ