Trampın kürəkəni Kuşner ABŞ-ın Fələstin planı ilə bağlı yenidən bölgəyə səfər edir
Tarix: 31-07-2019, 20:54
Baxılıb: 1 159
Google+ Paylaş
Tumblr Paylaş

Trampın kürəkəni Kuşner ABŞ-ın Fələstin planı ilə bağlı yenidən bölgəyə səfər edir

31-07-2019, 20:54

Donald Trampın müşaviri eyni zamanda kürəkəni olan Carid Kuşner ABŞ-ın Fələstin planı ilə bağlı yenidən Yaxın Şərqə səfər etmək və ərəb liderlərinə yeni təkliflər vermək istəyir.
Avromedia.az xəbər verir ki, bu barədə İsrailin "Yedioth Ahronoth" qəzeti məlumat verib.
Bildirilib ki, ABŞ-ın Fələstin məsələsi ilə bağlı Bəhreyndə keçirdiyi toplantıdan sonra Tramp Administrasiyası ərəb liderlərini Vaşinqtonda "Kemp Devid"də bir araya gətirmək və Fələstinlə bağlı "Əsrin sazişi" planını onlara təqdim etmək istəyir.
İsrail qəzeti Ağ Ev mənbələrinə istinadla bildirib ki, Carid Kuşner bu məqsədlə yaxın zamanlarda İsrailə, Səudiyyə Ərəbistanı, İordaniya, Misir və Qətərə səfər edəcək.
Məlumata görə C. Kuşner Donald Trampın dəvətini ərəb liderlərinə çatdıracaq.
Mənbə dəvətin mahiyyətini açıqlayıb və bildirib ki, Tramp Vaşinqtonda "Kemp Devid" prezident iqamətgahında ABŞ-ın Fələstin məsələsi ilə bağlı planını ərəb liderlərinə çatdıracaq.
İsrail qəzeti bu toplantının baş tutacağı təqdirdə onun ikinci "Kemp Devid" olacağını yazıb.
Xatırladaq ki, Kemp Devid iqamətgahında əldə edilən ən mühüm saziş Misirlə İsrail arasında əldə edilən siyasi anlaşmadır.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ