ABŞ hərbi helikopterləri Suriya Ordusunun mövqeyini vurub
Tarix: 31-07-2019, 18:33
Baxılıb: 1 738
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ hərbi helikopterləri Suriya Ordusunun mövqeyini vurub

31-07-2019, 18:33

ABŞ Ordusunun hərbi helikopterləri Suriyanın şimal-şərqində Qamışlı şəhəri ərazisində Suriya ordusunun bir mövqeyini hədəfə alıb.
Avromedia.az bu barədə Rudaw telekanalına istinadla xəbər verir.
Bildirilib ki, ABŞ helikopterləri Qamışlının cənubunda Rəşidiyyə kəndi ərazisində Suriya Ordusunun "54-cü alayı"nın mövqeyini hava zərbələrilə hədəfə alıb.
Suriya və ABŞ rəsmi mənbələri hələ bu xəbərə münasibət bildirməyiblər.
Qeyd edək ki, Suriyanın şimal şərqində yerləşən Həsəka əyalətinin böyük hissəsi ABŞ-ın dəstəklədiyi kürd bölmələrinin, əyalətin Qamışlı şəhərinin bir hissəsi isə Suriya Ordusunun nəzarətindədir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ