Türkiyə qanunsuz miqrasiyaya qarşı uğurla mübarizə aparır
Tarix: 31-07-2019, 18:10
Baxılıb: 1 751
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə qanunsuz miqrasiyaya qarşı uğurla mübarizə aparır

31-07-2019, 18:10

Türkiyə qeyri-qanuni miqrasiyaya qarşı fəal və uğurla mübarizə aparır.
"Anadolu" agentliyi Türkiyə təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadən xəbər verir ki, 2016-cı ildən indiyə qədər bu yana Türkiyədə həyata keçirilən əməliyyatlar çərçivəsində 795875 qanunsuz miqrant və 18775 qaçaqmalçı tutulub.
Avromedia.az xəbər verir ki, araşdırma nəticəsində 4883 insan alverçisi həbs olunub.
Qeyri-qanuni miqrantlar başqa ölkələrə getmək üçün Türkiyə ərazisindən istifadə edirlər. Bu vəziyyətdə, daşınma haqqı 500 ilə yeddi min avro arasında dəyişir. Yeddi min avrodan çox pul ödəyən miqrantlar lüks yaxtalarda başqa ölkələrə daşınır. Təxminən 500 avro ödəyənlər, xüsusən, Avropa sahillərinə qayıqlarla keçir.
Türkiyənin təhlükəsizlik qüvvələri narkotik ticarəti və terrorizmdən sonra üçüncü ən qazanclı cinayət hesab olunan qanunsuz miqrasiyaya qarşı mübarizə üçün bütün mövcud imkanlardan istifadə edir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ