Zelenskinin həyatı təhlükədə: Poroşenko çevriliş edəcək?
Tarix: 31-07-2019, 12:47
Baxılıb: 1 149
Google+ Paylaş
Tumblr Paylaş

Zelenskinin həyatı təhlükədə: Poroşenko çevriliş edəcək?

31-07-2019, 12:47

Ukrayna Prezidenti Vladimir Zelenskini Müstəqillik günündə keçirilməsi planlaşdırılan paradı ləğv etdiyinə görə təhlükə gözləyir.
Avromedia.az xəbər verir ki, bu sözləri ukraynalı aparıcı Vladimir Bıstryakov deyib.
Onun sözlərinə görə, Prezidentin həyatı təhlükədədir. Belə ki, ölkənin keçmiş hakimiyyəti hərbi çevrilişə cəhd göstərə bilər. Sözləri ilə eks-prezident Pyotr Poroşenkoya işarə vuran Bıstryakov onun dövründə bir çox hərbçilərin mümkün olan ən yüksək orden və rütbələrlə təltif olunduğunu qeyd edib.
“Siyasətdən qovulan insanlar bu cür rahatlıqla kreslosunu tərk etməyəcək”, - Bıstryakov bildirib.
Keçmiş hakimiyyətin əlində bir çox insanın qanının olduğunu hesab edən aparıcı məhz bu səbəbdən paradın təxirə salınmasının çevriliş üçün səbəb ola biləcəyini vurğulayıb.
Xatırladaq ki, hərbi paradın avqustun 24-də keçirilməsi gözlənilirdi.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ