İraqda İŞİD-in ələ keçirilməyən üzvlərinin təxmini sayı açıqlanıb
Tarix: 30-07-2019, 20:00
Baxılıb: 1 750
Google+ Paylaş
Tumblr Paylaş

İraqda İŞİD-in ələ keçirilməyən üzvlərinin təxmini sayı açıqlanıb

30-07-2019, 20:00

Baxmayaraq ki, İraqda İŞİD terror təşkilatı artıq iki ildir məğlub edilib, ölkədə ələ keçirilməyən və terror fəaliyyətini müəyyən yolla davam etdirən 1500 terrorçu qalıb.
Avromedia.az  İraq mətbuatına istinadla xəbər verir ki, bu barədə İraq Parlamentinin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sabiq sədri Hakim əz-Zamili məlumat verib.
İraqlı mənbə bildirib ki, İŞİD terror təşkilatının məğlubiyyətindən iki il keçməsinə baxmayaraq, ölkədə 1500 civarında terrorçu qalmaqdadır.
H. əz-Zamilinin sözlərinə görə İŞİD-in yerdə qalan üzvləri hazırda əsasən ölkənin əl-Ənbar səhrasında, İraq-Suriya sərhədboyu səhrada, Hamrin dağlarında və mübahisəli ərazilərdə fəaldırlar.
O mübahisəli ərazilər dedikdə mərkəzi hökumətlə Kürdüstan Regional hökumətinin arasındakı mübahisəli ərazilərin nəzərdə tutulduğunu bildirib və əlavə edib ki, bu bölgələrdə İŞİD üzvləri əsasən tərəflərin qarşıdurmasından və təhlükəsizliyin olmamasından lazımınca yararlanırlar.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ