Köçəryan Paşinyanı hədələdi: Çox qalmayacaq!
Tarix: 30-07-2019, 13:10
Baxılıb: 1 151
Google+ Paylaş
Tumblr Paylaş

Köçəryan Paşinyanı hədələdi: Çox qalmayacaq!

30-07-2019, 13:10

Ermənistan hökuməti uzun müddət hakimiyyətdə qala bilməyəcək.
Avromedia.az xəbər verir ki, bunu “Ermənistanın səsi” qəzetinə müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib. Onun sözlərinə görə, hakimiyyət məsələsi istənilən halda küçədə - növbədənkənar parlament seçkisində həll ediləcək:
“Bu cür idarəetmə keyfiyyəti ilə bu hakimiyyət uzun müddət dayana bilməyəcək və yenidən seçilmə perspektivi yoxdur. Seçici populistlərdən boğaza yığılacaq və öz seçimində daha diqqətli olacaq”.
O, müxalifətin birləşmə ehtimalının çox olduğunu, amma vahid müxalifət mərkəzinin dərhal yaranmayacağını deyib:
“Bu proseslərdə mən vacib, amma yeganə olmayan həlqə olacağam. Ölkəyə sağlam qüvvələrin geniş konsolidasiyası lazımdır. Bu proses mütləq parlament müxalifətinin radikallaşmasına gətirib çıxaracaq, əks təqdirdə onlar elektoratlarını itirəcəklər. Müxalifətin konsolidasiya prosesi payızda bitəcək, siyasi mübarizə isə sistemli və miqyaslı xarakter daşıyacaq”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ