Türkiyədə 2 milyon, bizdə 23 min insan... – Müqayisə
Tarix: 30-07-2019, 11:44
Baxılıb: 1 640
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyədə 2 milyon, bizdə 23 min insan... – Müqayisə

30-07-2019, 11:44

Gürcüstanda əhalinin 29 faizi birbaşa turizmdən pul qazanır. Turizmin iqtisadiyyatda multiplikativ effekti də var, yəni yan sahələri də nəzərə alsaq, Gürcüstan əhalisinin 40 faizindən çoxu turizmdən xeyir görür. Türkiyədə isə 2 milyon insan birbaşa turizm sektorunda çalışır, yan sahələri və multiplikativ effekti də nəzərə alsaq, daha 9 milyon nəfər (əsasən turizm mövsümündə) turistdən xeyir görür.
Avromedia.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda turizm biznesinin inkişaf etməməsi səbəbi haqda münasibətini bildirərkən qeyd edib. Onun sözlərinə görə, məhz buna görə həm Gürcüstanda, həm də Türkiyədə turizm ciddi inkişaf edib.
“Bizdə rəsmi rəqəmlərə görə turizm sektorunda cəmi 23 min insan çalışır, yan sektorları da nəzərə alsaq, bu rəqəm maksimum 40 min olar. Bu da çox az bir rəqəmdir”.
Ekspertin sözlərinə görə, turizm “xalqın biznesinə” çevriləndə turistlərə normal münasibət göstərilir və turizm kütləvi gəlir yerinə çevrilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ