İrandan Azərbaycana təşəkkür: Bu addım qardaşlıq simvolu sayılır
Tarix: 30-07-2019, 10:40
Baxılıb: 1 751
Google+ Paylaş
Tumblr Paylaş

İrandan Azərbaycana təşəkkür: Bu addım qardaşlıq simvolu sayılır

30-07-2019, 10:40

İranın Azərbaycandakı səfirliyi İran dövləti adından Azərbaycan Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinin İranın Xəzər dənizində qəzaya uğramış “Şəbahəng” adlı gəmisinin heyətinə göstərdikləri təxirəsalınmaz və peşəkar yardıma görə minnətdarlığını bildirib.
Bu barədə İranın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada vurğulanıb.
“Bu humanitar addım İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq, dostluq və qardaşlıq simvolu sayılır. Eyni zamanda, Xəzər dənizində fövqəladə və zəruri hallar zamanı əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu göstərir.
İran İslam Respublikasının səfirliyi bir daha belə bir həssas əməliyyatda iştirak etmiş və insan itkisinin qarşısının alınmasında əməyi olmuş hər bir kəsə öz səmimi minnətdarlığını bildirir, iki qonşu və qardaş ölkə arasında səmimi əlaqələrin genişlənməsini arzulayır”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.
Xatırladaq ki, iyulun 26-da İrana məxsus yük gəmisi Azərbaycanın sərhəd sularında qəzaya uğramışdı. Dövlət Sərhəd Xidməti əməkdaşlarının işə cəlb olunması ilə batan gəminin doqquz nəfərdən ibarət ekipajı tam heyətlə xilas edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ