Ərazilərin qaytarılması planı açıqlandı: Türkiyə danışıqlara cəlb edilir və...
Tarix: 30-07-2019, 08:31
Baxılıb: 1 177
Google+ Paylaş
Tumblr Paylaş

Ərazilərin qaytarılması planı açıqlandı: Türkiyə danışıqlara cəlb edilir və...

30-07-2019, 08:31

Ukrayna prezidentinin Krım üzrə daimi nümayəndəsi Anton Korineviç yarımadanın qaytarılması üzrə Kiyevin planlarından danışıb.
Avromedia.az xəbər verir ki, “Seqodnya.ua” nəşrinə müsahibə verən siyasətçinin sözlərinə görə, Ukrayna hakimiyyəti Krım üzrə danışıqlar üçün beynəlxalq meydançanın yaradılmasına təşəbbüs edə bilər.
“Biz Donbas haqqında danışırıq və anlayırıq ki, Minsk formatı mükəmməl deyil, “Normand formatı” mükəmməl deyil, amma onlar mövcuddurlar. Müəyyən problemli məsələləri müzakirə etmək üçün meydançalar var. Krım üzrə indiyə qədər belə meydança, format və ya platforma olmayıb”, - o deyib.
Onun fikrincə, yarımadanın statusunun müzakirəsinə “Normand formatı”nı (Rusiya, Ukrayna, Almaniya və Fransa daxildir –red.), həmçinin Türkiyə və ABŞ-ın cəlb etmək lazımdır. Korineviç qeyd edib ki, Krım üzrə dialoqun olmaması Moskvanın prinsipial mövqeyi ilə bağlıdır.
Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilib. Moskva Krım məsələsinin qəti bağlandığını bəyan edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ