Çin AB ölkəsinə sanksiya tətbiq etdi - İlk dəfə
Tarix: 3-12-2021, 22:10
Baxılıb: 1 166
Google+ Paylaş
Tumblr Paylaş

Çin AB ölkəsinə sanksiya tətbiq etdi - İlk dəfə

3-12-2021, 22:10

Mallarımızın Çin tərəfindən bloklanması məsələsində Avropanın dəstəyini gözləyirik, çünki Litvanın özü Çin müəssisələrini Avropa gömrük sistemlərindən kənarlaşdırmaq iqtidarında deyil.
Avromedia.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielus Landsberqis deyib.
"Bu, Avropa Birliyi ölkələrindən birinə qarşı sanksiyaların qismən tətbiq olunduğu görünməmiş haldır. Biz cavab sanksiyaları tətbiq edə bilmərik, çünki bu və ya digər Çin müəssisəsini gömrük sistemindən silə bilmirik. Gömrük sistemləri Avropa Komissiyası tərəfindən tənzimlənir", - nazir vurğulayıb.
O qeyd edib ki, Avropa qurumları bu məsələyə müdaxilə etməli və Litvanı təmsil etməlidirlər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ