Rusiya Prezidenti Vladimir Putinlə qırğızıstanlı həmkarı Sadır Japarov arasında telefon danışığı baş tutub.
Avromedia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər iki ölkə arasında müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini gücləndirmək niyyətlərini təsdiqləyiblər. Eyni zamanda, müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.