Sudanda etiraz aksiyalarına atəş açılıb - Azı 6 etirazçı həlak olub
Tarix: 29-07-2019, 19:47
Baxılıb: 1 752
Google+ Paylaş
Tumblr Paylaş

Sudanda etiraz aksiyalarına atəş açılıb - Azı 6 etirazçı həlak olub

29-07-2019, 19:47

Sudanın qərbində yerləşən əl-Əbyəd şəhərində etiraz aksiyalarına atəş açılıb. Ölənlər var.
Avromedia.az  əl-Aləmə istinadfla xəbər verir ki, Sudanın qərbində yerləşən əl-Əbyəd şəhərində elektrik enetjisi və yanacaqla bağlı keçirilən etiraz aksiyalarına atəş açılıb.
"Sudan Həkimlərinin Mərkəzi Komitəsi"nin məlumatına görə bu hadisə nəticəsində çoxu tələbələr olmaqla 6 nəfər həlak olub.
Ondan çox sivil şəxsin yaralandığı bildirilib.
Sudanın "Azadlıq və Dəyişiklik İttifaqı" siyasi cinahı təhlükəsizlik qüvvələrinin bu addımını kəskin pisləyib və səbəbkarların cəzalandırılmasını tələb edib.
Qeyd edək ki, 3 ay çəkişmədən sonra Sudanı idarə edən Hərbi Keçid Şurası və etirazlara başçılıq edən "Azadlıq və Dəyişiklik Koalisiyası" razılığa gəliblər və anlaşma sənədini imzalayıblar. Buna baxmayaraq, ölkənin bir sıra müxalifət partiyaları sözügedən razılaşmaya boyun qoymaq niyyətində deyillər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ