Rusiyanın yeni S-500 Prometey sistemlərini ilk alan ölkə Çin ola bilər.
Avromedia.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Militari Voç” saytı çıxış edib. Sayt Pekinin aktiv şəkildə öz hərbi sistemlərini inkişaf etdirməsinə rəğmən, son 20 ildə ən yeni rus silahlarını ilk alan ölkə olduğunu bildirib.
Su-35 və S-400 sistemlərini alan Pekinin ənənəni davam etdirərək, ən yeni S-500 sistemlərini də alacağı vurğulanıb.
Qeyd edək ki, Rusiyanın “Rostex” korporasiyası bundan öncə S-500 komplekslərinin istehsalına başladığını və onun tezliklə ordunun silahlanmasına qəbul ediləcəyini vurğulayıb. “Rostex” həmçinin silahın yaxın zamanlarda xarici ölkələrə ixrac edilməyəcəyini bəyan edib.
N.SAFURA