NATO Qafqazda təlimə başladı - Yeniləndi
Tarix: 27-07-2019, 23:04
Baxılıb: 1 113
Google+ Paylaş
Tumblr Paylaş

NATO Qafqazda təlimə başladı - Yeniləndi

27-07-2019, 23:04

Bu gün Gürcüstanda NATO-nun “Çevik ruh 2019” təlimi start götürəcək.
Avromedia.az xəbər verir ki, təlimdə ümumilikdə 14 ölkənin iştirakı nəzərdə tutulub. 9 avqusta qədər davam edəcək təlimə 3 min hərbçi cəlb ediləcək.
Qeyd edək ki, “Çevik ruh” artıq 9-cu dəfədir Gürcüstanda baş tutur.
***
Gürcüstanda NATO-nun “Çevik ruh 2019” təlimi artıq başlayıb.
Rəsmi açılış mərasimində Gürcüstan Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ABŞ-ın Georgia ştatının ordu rəhbəri general Randel Simons və digər rəsmi şəxslər iştirak edib.
Mərasimdə çıxış edən Çaçibaia bildirib ki, sözügedən təlimin Gürcüstanda indiyə qədər keçirilmiş ən əhatəli hərbi təlimlərdən biridir:
"Bu cür təlimləri keçirmək və NATO-ya daha da yaxın olmaq bizim siyasətimizdir. Bizim əsgərlərimiz dünyanın bir çox yerində NATO əsgərləri ilə birlikdə sülhü qoruyur".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ