Radaya Putinin agentləri də seçildi - Rabinoviç
Tarix: 26-07-2019, 12:59
Baxılıb: 1 152
Google+ Paylaş
Tumblr Paylaş

Radaya Putinin agentləri də seçildi - Rabinoviç

26-07-2019, 12:59

Vladimir Zelenskinin Ukraynadakı prezident seçkisindəki qələbəsində Kremlin də təsiri var.
Avromedia.az xəbər verir ki, bunu “Apostrof”a açıqlamasında rusiyalı iqtisadçı Slava Rabinoviç deyib.
“Zelenski hazırda etibar prezumpsiyasından yararlanır ki, Poroşenkonun bacarmadığı lazımi islahatları keçirsin. Onun bunun üçün bütün vasitələri var.
Putinin həqiqətən Ukraynadakı seçkiyə təsir proqramı vardı. O, bu işdə tam olmasa da, qismən uğura nail oldu. Partiyanın açıq seçki proqramı yox idi. Partiyanın uğuru teleserial sayəsində yaradılıb və bunun sayəsində Radaya təcrübəsiz insanlar düşüb. İkinci nəticə odur ki, fraksiyada Putin agentləri də yer aldı. Bütün bunları seçkiyə Putinin müdaxiləsi adlandırmaq olar”.
O, Zelenskinin hakimiyyətdən hər an devrilmək ehtimalının olduğunu da söyləyib:
“Əgər Zelenski etibar prezumpsiyasından istifadə edə bilməsə, onun fraksiyasından çoxlu sayda ayrılmalar olacaq ki, bu da partiyanın çoxluğu itirməsi deməkdir. İkincisi, impiçment prosesi başlaya bilər. Üçüncüsü isə ukraynalılar üçün hər zaman ehtiyat mexanizm var: küçəyə çıxmaq və hakimiyyəti dəyişmək”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ