Türk general Ankara və Vaşinqton arasındakı qarşıdurmanın səbəbini açıqlayıb
Tarix: 25-07-2019, 20:36
Baxılıb: 1 755
Google+ Paylaş
Tumblr Paylaş

Türk general Ankara və Vaşinqton arasındakı qarşıdurmanın səbəbini açıqlayıb

25-07-2019, 20:36

 Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini Ergin Saygun Vaşinqtonla Ankara arasındakı gərgin münasibətlərin səbəbini  açıqlayıb.
 
Avromedia.az-ın "Günəş" nəşrinə istinadla verdiyi xəbərə görə, o, Rusiyadan S-400 sistemlərinin alınmasının gərginliyin artması üçün yalnız bir bəhanə olduğunu söyləyib. Onun sözlərinə görə, ABŞ sadəcə Türkiyənin inkişafını və möhkəmlənməsini istəmir, bu ölkə yalnız İsrailin güclənməsində maraqlıdır. 
 
"Qərb üçün Yaxın Şərqdə İsrailin təhlükəsizliyini və enerji qaynaqları üzərində nəzarəti təmin etmək vacibdir. İsrailə düşmən olan ölkələr aradan qaldırılır. Bu xəttin sonunda Türkiyə var. Bunu həqiqət olduğu üçün söyləməliyəm. Amerikanın Türkiyə ilə münasibətlərindəki problemlər S-400 məsələsindən daha irimiqyaslıdır. Məncə, S-400 bunların yalnız kiçik bir hissəsidir", deyə keçmiş hərbçi bidirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ