1,5 litr koka-kola içən gənc öldü
Tarix: 25-09-2021, 08:04
Baxılıb: 3 473
Google+ Paylaş
Tumblr Paylaş

1,5 litr koka-kola içən gənc öldü

25-09-2021, 08:04

Çində 22 yaşlı gənc litr yarım koka-kolanı 10 dəqiqəyə içəndən bir sutka sonra gözlənilmədən ölüb.

Bu barədə məlumatı “Deyli Meyl” yayıb.

Adı açıqlanmayan çinlinin koka-kolanı içəndən 6 saat sonra kəskin qarın ağrısı ilə xəstəxanaya müraciət etdiyi bildirilir. O deyib ki, koka-kolanı qısa müddətdə, sərinləmək üçün içib.

Həkimlərin yardımına baxmayaraq, 12 saatdan sonra onun vəziyyəti ağırlaşıb, 6 saat sonra isə ölüb.

Mütəxəssislərin fikrincə, çinli kolanı çox tez içdiyi üçün bədənində həddindən artıq miqdarda karbon qazı yığılıb və bu da qaraciyərdə oksigen çatışmazlığına səbəb olub.

London Universiteti Kollecinin mütəxəssisi Natan Devis isə çinki həkimlərin qənaətini doğru saymayıb. Onun fikrincə, ölümə səbəb bədəndə qaz yığılmasına gətirib çıxaran bakterial infeksiya ola bilər.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ