Kipr türkləri türk millətinin ayrılmaz hissəsidir -Ərdoğan
Tarix: 20-07-2019, 20:00
Baxılıb: 1 003

Kipr türkləri türk millətinin ayrılmaz hissəsidir -Ərdoğan

20-07-2019, 20:00

Kiprin və bölgənin təbii sərvətlərinə təkbaşına sahib olduqlarını düşünənlər, Türkiyənin və ŞKTR-nın mövqeyi ilə qarşılaşacaqlar. Avromedia.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Onun sözlərinə görə, heç kim Kipr türklərinin türk millətinin tərkib hissəsi olduğu faktını dəyişə bilməz. 
"Türk ordusunun zərurət olarsa tərəddüd etmədən 45 il əvvəl olduğu kimi Kipr türklərinin həyatı və təhlükəsizliyinə təhdid yaranarsa hərəkətə keçəcəyinə heç kim  şübhə etməməlidir", Ərdoğan deyib.
Prezident qeyd edib ki, Türkiyə bərabər hüquqlara malik olan Kipr türklərinin haqlarını və maraqlarını qorumaq üçün  Kiprdə sülhməramlı bir əməliyyat keçirdi: "Bütün dünya bu mövzuda Türkiyənin qətiyyətini görür".
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ