Afina Ankaraya qarşı: ABŞ-dan tələb etdik ki...
Tarix: 20-07-2019, 09:36
Baxılıb: 1 644

Afina Ankaraya qarşı: ABŞ-dan tələb etdik ki...

20-07-2019, 09:36

Türkiyənin S-400 havadan müdafiə sistemi almasından dolayı narahatıq və ABŞ-dan bir tələbimiz oldu.
Avromedia.az xəbər verir ki, bunu Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşü barədə danışarkən bildirib.
"Açıq danışmaq lazım gələrsə, Türkiyənin S-400 almasına görə xoşbəxt deyilik. NATO-nun bir üzvü olaraq deməliyik ki, rus silahları NATO sistemlərinə uyğun gəlmir. Dünyanın bu bölgəsində silahlanmaq sabitlik və etimad mühitinin yaranmasına yardımçı olmur", - Dendias söyləyib.
ABŞ-ın Yunanıstanı açıq şəkildə dəstəkləməsini istədiyini deyən Dendias ABŞ-la Yunanıstanın uzun müddətdir yaxın münasibətdə olduğunu vurğulayıb: "Bu əlaqələri dərinləşdirib genişləndirməliyik. Türkiyə ilə münasibətlərimizdə hər hansı problem olanda, ABŞ ilə aramızda birbaşa rabitə kanalının qurulmasını da tələb etdim. Qeyd etdilər, cavab deyəcəklər".
Pompeo isə açıqlamasında Yunanıstanın Şərqi Aralıq dənizi və Balkanlarda sabitliyin ən mühüm ünsürü və NATO-nun önəmli müttəfiqi olduğunu qeyd edib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ