Yəmən münaqişəsinin sonlandırılmasının vaxtı çatıb – Səudiyyə rəsmisi
Tarix: 19-07-2019, 20:43
Baxılıb: 1 151

Yəmən münaqişəsinin sonlandırılmasının vaxtı çatıb – Səudiyyə rəsmisi

19-07-2019, 20:43

Dörd ildir Yəməndə hərbi müdaxiləyə başçılıq edən Səudiyyə Ərəbistanı münaqişənin sonlandırılmasının vaxtının çatdığını bildirib.
Avromedia.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın BMT-dəki nümayəndəsi Abdullah əl-Müəllimi deyib.
A. əl-Müəlliminin, Səudiyyə Ərəbistanın BMT-dəki nümayəndəliyinin rəsmi twitter səhifəsində yayımlanan çıxışında bildirilir ki, Yəmən münaqişəsinin sonlandırılmasının zamanı çatıb.
“Yəmən münaqişəsinin sonlandırılmasının zamanı çatıb. Husilərin 2216-cı qərarı qəbul edib, hökuməti ələ keçirmələrinə son qoymalarının zamanı çatıb”, deyə Səudiyyə rəsmisi Yəməndə müharibənin aparılmasının düzgün olmadığını dolayısı yolla etiraf edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və onun başçılıq etdiyi hərbi koalisiya 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb. Bu müdaxilə və ondan irəli gələn müharibədən dolayı Yəmən xalqının üçdə bir hissəsi beynəlxalq yardımlardan asılı vəziyyətə düşüblər. Ölənlərin sayının 20 min civarında olduğu halda yüz mindən çoxu yaralanıb. Ölkə infrastrukturasının mühüm qismi dağılaraq yararsız hala düşüb.
N.SAFURAскачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ