Ayətullah Xamenei Britaniyanın İran neft gəmisini saxlamasına sərt reaksiya verib
Tarix: 16-07-2019, 20:00
Baxılıb: 1 652
Google+ Paylaş
Tumblr Paylaş

Ayətullah Xamenei Britaniyanın İran neft gəmisini saxlamasına sərt reaksiya verib

16-07-2019, 20:00

"Xəbis Britaniya dəniz quldurluğu edir və bizim gəmimizi oğurlayır. Onlar cinayət edir və ona qanuni don geyindirirlər. İran İslam Respublikası və dövlətin mömin şəxsləri bu xəbis addımları cavabsız qoymayacaqlar."
Avromedia.az FarsNews-a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.
Bu gün Tehranda ölkənin imam-cümələri qarşısında çıxış edən ali lider İranın neft gəmisinin Britaniya tərəfindən saxlanılmasına münasibət bildirib. O bildirib ki, ölkəsinin qüvvələri bu xəbis addıma cavab verəcəklər.
Qeyd edək ki, cari ayın 4-də Britaniya dəniz qüvvələri Cəbəli-Tariq Muxtariyyətinin sahilinə yaxın sularda İrandan iki milyon barel neft daşıyan gəmini, Avropa İttifaqının rəsmi Dəməşqə qarşı sankisyalarını pozduğu iddiası ilə saxlayıb. İran gəminin buraxılmayacağı təqdirdə cavab addımının atılacağını bildirib. 
Ötən gün Britaniya XİN rəhbəri Ceremi Hant bildirib ki, gəminin yükünün Suriyaya getməyəcəyi təqdirdə Cəbəli-Tariq regional hökuməti onu sərbəst buraxa bilər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ