Mnatsakanyan antirusu özünə müşavir etdi
Tarix: 16-07-2019, 14:24
Baxılıb: 1 139

Mnatsakanyan antirusu özünə müşavir etdi

16-07-2019, 14:24

Ermənistanın Sasna Çrer Partiyasını rəsmən dəstəkləyən Ermənistanın İtaliyadakı keçmiş səfiri Ruben Karapetyan Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın müşaviri təyin edilib.
Avromedia.az xəbər verir ki, bu məlumatı “Jamanak” qəzeti yayıb. Qəzet Karapetyanın keçən il XİN-i tənqid etdiyini və sistemin təsadüfi adamlarla dolu olduğunu bəyan etdiyini bildirib.
Qeyd edək ki, Sasna Çrer kəskin antirusiya mövqeyi ilə seçilən millətçi partiyadır. Partiyanın əsas fəaliyyət istiqamətlərindən birini həmçinin Qarabağın Ermənistana birləşdirilməsi təşkil edir.
Bu siyasi qurumun qurucuları İrəvanda polis bölmələrindən birini ələ keçirərək, 2 nəfərin ölümünə səbəb olmalarına rəğmən ölkədə baş verən inqilabdan dərhal sonra azadlığa buraxılmışdılar.
N.SAFURAскачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ