Ölkə avropa ilə hava əlaqələrini bərpa edir
Tarix: 15-06-2021, 19:22
Baxılıb: 4 008
Google+ Paylaş
Tumblr Paylaş

Ölkə avropa ilə hava əlaqələrini bərpa edir

15-06-2021, 19:22

Uzun sürən məhdudiyyətlərdən sonra Avropa ölkələri ilə İranın aviasiya əlaqəsi tədricən bərpa olunur.

Bu barədə məlumatı İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Hüseyn Zibaxış verib. O bildirib ki, “Lufthansa” avişirkəti İrana və İrandan digər istiqamətlərə uçuşlarını bərpa edib. Şirkətin təyyarələri həftədə 3 dəfə müxtəlif istiqamətlərdə uçuşlar həyata keçirməyə başlayıblar. Lakin yaxın aylarda reyslərin sayı həftədə 5 dəfəyə kimi artacaq.

H. Zibaxış qeyd edib ki, iyunun 17-dən Avstriyanın “Austrian Airlines” şirkəti də həftədə 3 dəfə Tehran-Vyana reysini həyata keçirməyə başlayacaq.

Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar sərnişinlərdən həkim arayışı tələb olunacaq. Eyni zamanda, Tehranın İmam Xomeyni beynəlxalq hava limanında ölkəyə daxil olanlardan COVID-19 testi götürüləcək.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ