General Cəmil Həsəni işdən çıxarıldı
Tarix: 11-07-2019, 08:31
Baxılıb: 849
Google+ Paylaş
Tumblr Paylaş

General Cəmil Həsəni işdən çıxarıldı

11-07-2019, 08:31

Suriya Prezidenti Bəşər Əsəd Suriya kəşfiyyatı və əks-kəşfiyyatının rəhbər şəxslərinin bir qismini vəzifədən azad edib.
Avromedia.az xəbər verir ki, bu məlumatı “İsrail Defense” saytı yayıb. Belə ki, Əsədin işdən çıxartdığı şəxslər sırasında Hərbi Hava Qüvvələri kəşfiyyatının rəhbəri 66 yaşlı Cəmil Həsən də yer alıb. O, Suriya xüsusi xidmət orqanları arasında bütün vətəndaş müharibəsi ərzində öz vəzifəsini sona qədər qoruyub saxlayan yeganə şəxs olub. Həsənin yerinə onun müavini 60 yaşlı general Asan İsmayıl gətirilib. Onun Əsəd klanına sadiqliyi ilə seçilən hərbçi nəslinin nümayəndəsi olduğu vurğulanıb.
Ümumi Təhlükəsizlik Xidmətinin rəisi isə əslən Hələb çərkəzi olan general Luay Hasam Luka təyin edilib.
Qeyd edək ki, hər iki şəxsə qarşı Amerika sanksiyaları tətbiq olunub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ