Türkiyə ŞKTR-nın hüquqlarını müdafiə etməyə davam edəcək - Çavuşoğlu
Tarix: 10-07-2019, 21:10
Baxılıb: 1 141
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə ŞKTR-nın hüquqlarını müdafiə etməyə davam edəcək - Çavuşoğlu

10-07-2019, 21:10

Türkiyə, Kipr və Şərqi Aralıq dənizi məsələsində zəmanət verən ölkələrdən başqa heç bir dövlətin açıqlamalarını qəbul etmir. Avromedia.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirib.
"Türkiyə, Şimali Kipr Türk Respublikasının hüquqlarını bölgənin təbii sərvətləri bərabər paylanana və tərəflər qarşılıqlı razılıq əldə edənə qədər müdafiə etməyə davam edəcək", - Çavuşoğlu bildirib.
Cənubi Kipr Aralıq dənizində karbohidrogen çıxarılması üçün bir neçə şirkətlə müqavilə imzalayıb.
Şimali Kipr hesab edir ki, bu resurslar adanın hər iki cəmiyyəti arasında ədalətli şəkildə bölüşdürülməlidir.
ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus Türkiyəni Kipr şelfində qazma işlərini dayandırmağa və bütün tərəfləri  regionda gərginliyin artmasına səbəb ola biləcək addımlardan uzaq durmağa çağırıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ