Misir Suveyş kanalında İran neft gəmisinin saxlanılması xəbərinə münasibət bildirib
Tarix: 10-07-2019, 20:46
Baxılıb: 1 142
Google+ Paylaş
Tumblr Paylaş

Misir Suveyş kanalında İran neft gəmisinin saxlanılması xəbərinə münasibət bildirib

10-07-2019, 20:46

Misir Suveyş kanalında İrana məxsus neft gəmisinin saxlanılmasını təkzib edib.
Avromedia.az RT.Arabic-ə istinadla xəbər verir ki, bu barədə Misirin Suveyş Kanalının Şurası sədri general-leytenant Məhab Mamis məlumat verib.
Bu gün jurnalistlərə açıqlamasında Misir rəsmisi bidlirib ki, ölkəsi heç bir gəminin kanaldan keçməsinə mane olmayıb.
"Suveyş kanalından gəmilərin keçməsinə maneə yaradılmır. Neft ticarəti hətta silah ticarəti qanunidir. Gəmilərin qarşısının alınması yalnız iki halda həyata keçirilir. Mənbəyi BMT olan bildiriş və gəmidə qanun pozuntusunun baş verməsi." deyə Misir rəsmisi İran gəmisinin saxlanılması xəbərini təkzib edib.
Qeyd edək ki, bundan öncə Britaniya Cəbəli-Tariq sahilləri yaxınlığında İranın bir neft gəmisini Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarını pozduğunu iddia edərək, saxlayıb. İran bu addımın cavabsız qalmayacağını bildirib. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ