Alman vətəndaşı Nərimanov polisinə təşəkkür etdi
Tarix: 10-07-2019, 18:19
Baxılıb: 1 727

Alman vətəndaşı Nərimanov polisinə təşəkkür etdi

10-07-2019, 18:19

Bakı şəhərində müvəqqəti yaşayan Almaniya vətəndaşı Hayke Mökel DİN-in 102 xidmətinə müraciət edərək, Nərimanov rayonunda yerləşən idman komplekslərindən birində ona məxsus içərisində 250 manat, şəxsi sənədlər və bankomat kartlarını naməlum şəraitdə itirdiyini bildirib.
DİN-dən Avromedia.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən görülən işlər nəticəsində əcnəbi vətəndaşın pul kisəsi içində olan əşyalar və pulla birlikdə qısa zamanda tapılaraq sahibinə qaytarılıb.
H.Mökel operativliyə və ona həyatı boyu unutmayacağı köməklik göstərdiklərinə görə polis əməkdaşlarına minnətdarlıq edib.
N.SAFURAскачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ