Düzəltdikləri təyyarə ilə Qahirəyə çatdılar - İnanılmaz
Tarix: 9-07-2019, 21:47
Baxılıb: 1 080
Google+ Paylaş
Tumblr Paylaş

Düzəltdikləri təyyarə ilə Qahirəyə çatdılar - İnanılmaz

9-07-2019, 21:47

Cənubi Afrikadan olan gənclər özlərinin istehsal etdikləri təyyarə ilə Keyptaundan havaya qalxaraq 6 həftə sonra Misirin Qahirə şəhərində uğurla eniş ediblər.
Avromedia.az Azərtac-a istinadən xəbər verir ki, dörd yerlik "Sling 4” təyyarəsi Cənubi Afrikadan olan 20 tələbə tərəfindən yığılıb. Tələbələr təyyarəni 3 həftə ərzində Cənubi Afrikanın təyyarə inşaatı zavodunda hazırlanmış minə yaxın detaldan yığıblar. On iki min kilometrlik marşrut zamanı təyyarə Qahirədən əvvəl Namibiyada, Malavidə, Efiopiyada, Zənzibarda, Tanzaniyada və Uqandada yerə enib.
17 yaşlı pilot Meqan Vernerin dediyinə görə, Misirdə eniş zamanı hakimiyyət orqanları onları saxlamaq niyyətində olub, onların pasport və lisenziyaları əllərindən alınıb, lakin dörd saatdan sonra bütün məsələlər öz həllini tapıb və onlara uçuşu davam etmək üçün yanacaq da verilib. Sonra təyyarə Qahirədən Asuan əyalətinə uçuşu davam etdirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ